Separatçılar noyabrın 2-də Donbası qan gölünə çevirəcəklər
Bizi izləyin

Dünya

Separatçılar noyabrın 2-də Donbası qan gölünə çevirəcəklər

Separatçılar “seçkilər”in keçiriləcəyi noyabrın 2-də nəzarət etdiyi ərazilərdə, ilk növbədə, Donetsk şəhəri və ətrafındakı yaşayış məntəqələrində genişmiqyaslı provokasiyalar hazırlayır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin rəhbəri Andrey Lısenko Kiyevdə brifinqdə bildirib.

Onun sözlərinə görə, separatçıların həmin tarixdə genişmiqyaslı provokasiyalar hazırladığı barədə kəşfiyyat məlumatları var.

A.Lısenko qeyd edib ki, Donetsk və Luqansk “xalq respublikaları” provokasiyaların həyata keçirilməsi üçün Ukrayna Milli Qvardiyasının 3 mindən çox geyim vahidini sifariş edib: “Vətəndaşlara xəbərdarlıq edirik ki, “seçkilərdə” iştirak onların həyatı üçün təhlükəli ola bilər. Səsvermə keçiriləcək yerlərdə terror aktları ehtimalı çox yüksəkdir”.

Qeyd edək ki, separatçılar noyabrın 2-də öz “parlamenti”ni və “dövlət başçısı”nı seçmək istəyirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm