İcra başçısının müavini vəzifədən getdi
Bizi izləyin

Dünya

İcra başçısının müavini vəzifədən getdi

Dərbənd Administrasiyası rəhbərinin ikinci müavini Sultan Sultanov öz vəzifəsindən istefa verib.

Axar.az xəbər verir ki, Sultan Sultanovun öz istəyi ilə vəzifəsindən getməsi haqqında ərizə yazdığını bildirib. Ona Mahaçkaladan hər hansı təzyiqlər edilməsi barədə hələlik heç bir məlumat verilmir.

Sultan Sultanov Dərbənd rəhbəri Qurban Qurbanova yaxınlığı ilə seçilir.

Xatırladaq ki, Sultanov Qurban Qurbanovun birinci müavini Əli Xazbulatovun vəzifədən gedəcəyi təqdirdə Dərbənd rəhbərliyinə keçməliydi. Hazırda Dağıstan Prezidenti Abdulatipovun Dərbənd merinə və onun müavinlərinə qarşı təzyiqi, onları vaxtından əvvəl istefaya məcbur etməsi və bu vəzifəyə öz adamını gətirmək istəyi şəhərdə ciddi narazılıqla qarşılanır.

Dərbənd azərbaycanlıları bunu etnik ayrı-seçkilik kimi qiymətləndirir və bu gün aksiya keçirməyə çalışırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm