• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Həbs olunan deputat Rəsul Quliyevin qohumu çıxdı – Təfərrüat

  • Dünya
  • 29 Oktyabr 2014 17:44
  • 894 Baxış
Həbs olunan deputat Rəsul Quliyevin qohumu çıxdı – Təfərrüat

Rusiyanın Komi Respublikasında həbs edilən oliqarx-deputat Akif Sayadov Rəsul Quliyevin yaxın qohumudur.

Bu barədə Axar.az-a məlumat verən yerli qaynağın sözlərinə görə, Akif Sayadov bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putinə qarşı çıxış edib. Bundan dərhal sonra isə ona qarşı əməliyyat başlayıb və əməliyyat onun həbsi ilə yekunlaşıb. Rusiya xüsusi xidmət orqanları Akif Sayadovu bir müddət öncə həbs olunmuş vəhhabi təriqətinin üzvü olan altı azərbaycanlı ilə əlaqədə və radikal dini cərəyanı maliyyələşdirmədə ittiham edir.

Komi parlamentindən deputatın toxunulmazlığa malik olmadığı və bu cür həbs edilməsinin təəccüb doğurmadığı bildirilib. Ümumrusiya Azərbaycanlıları Konqresinin Komi bölməsi isə ittihamları cəfəngiyat adlandırıb.

63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Azərbaycanda - Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib.

Mənbənin sözlərinə görə, Akif Sayadov hazırda mühacir həyatı yaşayan keçmiş spiker Rəsul Quliyevin qohumudur. Maliyyə oliqarxı sayılan Akif Sayadovun hakim partiyanın üzvü olduğu halda Putinin əleyhinə açıq çıxışlar etməsi siyasi dairələrdə narazılıq doğurub.

A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasındadır. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.

Mənbənin sözlərinə görə, ona qarşı irəli sürülən ittiham əmlakının müsadirəsi ilə nəticələnə bilər. Deputatı olduğu subyektin – Komi respublikasının A.Sayadovu müdafiə etməməsi isə həbsin birbaşa ölkə rəhbərliyinin siyasi iradəsi ilə gerçəkləşdiyi, hakim komandanın himayəsi ilə var-dövlətə sahib olan oliqarxın müxalif fikirlərinin ona baha başa gələcəyi və sərvətinin müsadirəsi barədə ehtimalları gücləndirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR