Rusiyalı politoloq Şengen zonasında "persona-non-qrata" elan edildi
Bizi izləyin

Dünya

Rusiyalı politoloq Şengen zonasında "persona-non-qrata" elan edildi

Rusiyalı bir politoloq ilk dəfə Avropa Birliyində "persona-non-qrata" (arzuolunmaz şəxs) elan edilib.

Publika.az rusiyalı politoloq, Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev bundan Finlandiyaya keçmək istəyəndə xəbər tutub.

Rusiyalı politoloqun Avropa Birliyinin Şengen zonasına girişi Ukrayna böhranında tutduğu mövqeyinə görə qadağan edilib.

“Mən işlərimlə əlaqədar Finlandiyaya girməyə çalışdım və bu zaman xəbər tutdum ki, Litva mənim Şengen zonasına girişimin qadağan olunmasını tələb edib. Hazırda məsələnin həllini gözləyirəm. Məndə pasport və viza qaydasındadır. Amma sərhədçilər dedilər ki, Litvanın sorğusu üzrə məni buraxa bilməyəcəklər”, - deyə A.Mixeyev bildirib.

Qeyd edək ki, Baltikyanı ölkələr son vaxtlar Rusiyanın bir çox vətəndaşını ölkəsinə buraxmayıb. Etnoloq Valeri Tışkov və MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixunu Estoniya, “Tarixi yaddaş” Fondunun direktoru Aleksandr Dyukov Litva, İosif Kobzona və Oleq Qazmanov Latviya sərhədindən geri qaytarılıb. S.Mixeyev ilk rusiyalıdır ki, Baltikyanı dövlətin təşəbbüsü ilə bütün Avropa Birliyi ölkələrinə girişi qadağan olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm