• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiya Arktikadan 1,2 milyon kvadratmetr əlavə pay istəyir

  • Dünya
  • 29 Oktyabr 2014 19:10
  • 530 Baxış
Rusiya Arktikadan 1,2 milyon kvadratmetr əlavə pay istəyir

Rusiya 2015-ci ilin yazında dəniz dibi üzrə BMT yanında Komissiyaya Arktikada sərhədlərin genişləndirilməsi barədə sifariş verəcək.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya ekologiya və təbii sərvətlər naziri Sergey Donskoy bildirib.

“Sifarişin təsdiq olunacağı halda Rusiya 1,2 milyon kvadrat kilometr əlavə ərazi üzərində suveren hüquqlarını möhkəmləndirəcək. Bu, Şimal Buzlu Okeanında 5 milyard ton şərti yanacağın əldə olunmasına imkan verəcək. Bu həm də Arktikada bizim geosiyasi maraqlarımızın təminatı üçün müharibə meydanını genişləndirəcək", - deyə nazir Rusiya Federasiyasının prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında deyib.

S.Donskoy qeyd edib ki, Arktikada sərhədlərin genişləndirilməsi üzrə ilk sifarişi Rusiya verib: “Bəzi həmkarlarımız bizim arxamızca getdilər. Hər halda bizin əsaslandırılmış sifarişimiz birinci hazırlanıb. Bizim sifarişimiz hələ 14 il əvvəl hazırlanmağa başlayıb. Biz həmin vaxt şelfin bu hissəsinin məhz Rusiyanın materik hissəsinə aid olduğunu sübut edə bilmədik. Amma indi yeni tədqiqatlar var”.

Rusiya 2001-ci ildə BMT-yə bildirib ki, şimal qütbünə qədər suyun dibi ilə uzanan Lomonosov dağ silsiləsi Sibir kontinental şelfinin davamıdır və buna görə də Rusiya ərazisi hesab edilməlidir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR