Fransanın Rusiya ilə bağlı bu addımı ABŞ-ı qəzəbləndirəcək
Bizi izləyin

Dünya

Fransanın Rusiya ilə bağlı bu addımı ABŞ-ı qəzəbləndirəcək

Fransa ilk “Mistral” hərbi gəmisini Rusiyaya 14 noyabrda çatdıracaq.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib.

D.Roqozinin sözlərinə görə, müqavilənin texniki icrası nöqteyi-nəzərindən hər şey plan üzrə gedir.

Qeyd edək ki, Fransa və Rusiya arasında iki “Mistral” tipli döyüş gəmisinin Rusiyaya satılması ilə bağlı müqavilə 2011-ci ildə imzalanıb. Müqavilənin dəyəri 1,2 milyard avrodur. Rusiya bu məbləğin təxminən 700 milyon avrosunu ödəyib. “Vladivostok” gəmisinin 2014-cü il, “Sevastopol” gəmisinin isə 2015-ci ildə Rusiya donanmasının silahlanmasına daxil edilməsi nəzərdə tutulur.

Ukraynadakı hadisələrlə əlaqədar olaraq isə Fransa “Mistral” hərbi gəmilərinin Rusiyaya çatdırılmasını təxirə salmışdı. ABŞ Hərbi Dəniz Qüvvələri naziri Rey Mabus isə ötən ay Vaşinqtonda keçirilən aerokosmik və müdafiə sammiti zamanı ABŞ-ın Avropa partnyorlarını Rusiyaya Fransa hərbi gəmilərinin satılmaması üçün hər şeyi etməyə çağırmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm