Dünya
71 yaşlı partiya lideri ölümə məhkum edildi
Banqladeşdə İslam Partiyasının lideri Motiur Rahman Nizami 1971-ci ildə Pakistandan ayrılmaq uğrunda aparılmış müstəqillik müharibəsi zamanı törədilmiş cinayətlərə görə ölüm hökmünə məhkum edilib.
Publika.az BBC-yə istinadən xəbər verir ki, 71 yaşlı Motiur Rahmana qarşı soyqırım, qətl, işgəncə və zorlama daxil olmaqla 16 ittiham irəli sürülüb.
Dövlət ittihamçısı çıxarılmış hökmün "cinayətlərin ağırlıq dərəcəsinə" uyğun olduğunu bildirib.
Müdafiə tərəfi isə ittihamların sübut olunmadığını və appelyasiya veriləcəyini bəyan edib.
Banqladeşdə 9 ay davam etmiş 1971-ci il müharibəsində ölənlərin sayına dair müxtəlif rəqəmlər açıqlanır. Hazırkı Banqladeş höküməti müharibədə 3 milyon insanın həlak olduğunu bildirdiyi halda, hökümətin opponentləri bu rəqəmin şişirdildiyini iddia edir.
Jamaat-e-İslami partiyasının rəhbəri olmuş Nizami Pakistanla müharibə dövründə əl-Bədr yaraqlılarına komandanlıq edib.
İddialara görə, müharibə dövründə əl-Bədr yaraqlıları Pakistan ordusuna Banqladeşdə müstəqillik tərəfdarlarını aşkar edib qətlə yetirməyə kömək göstərirlərmiş.
2001-2006-cı illərdə Nizami Bangladeş Millətçi partiyasının qurduğu hökümətdə nazir vəzifəsini tutub.
Nizamiyə daha bir ölüm hökmü bu ilin yanvar ayında silah qaçaqmalçılığı işilə bağlı keçirlmiş məhkəmədə kəsilmişdi.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO