• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Baş Qərargah PKK-nı ifşa etdi

  • Dünya
  • 30 Oktyabr 2014 00:36
  • 505 Baxış
Baş Qərargah PKK-nı ifşa etdi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı 25 oktyabrda Hakkarinin Yüksekova qəsəbəsində şəhid edilən 3 əsgərlə əlaqədar yazılı açıqlama verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Baş Qərargahdan verilən açıqlamada qeyd olunur ki, PKK terrorçuları arasındakı radio danışıqları hadisənin məhz onlar tərəfindən törədildiyini müəyyənləşdirib.

PKK terror təşkilatı isə hadisə ilə bağlı hər hansı bir əlaqənin olmadığını açıqlamışdı.

İki gün əvvəl isə hadisə ilə əlaqəsi olmasında şübhəli hesab olunan 6 nəfər saxlanılmışdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR