NATO Rusiyanı şimaldan da mühasirəyə ala bilər
Bizi izləyin

Dünya

NATO Rusiyanı şimaldan da mühasirəyə ala bilər

Tarixdə ilk dəfə isveçlilərin əksəriyyəti ölkənin NATO-ya üzvlüyünü dəstəkləyirlər.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, rəyi soruşulanların 37 fazi NATO-ya üzvlüyü dəstəklədiyini bildirib.

“TV4” telekanalın sifarişi əsasında “Novus” şirkətinin keçirdiyi sorğuda respondentlərin 36 faizi buna qarşı olduğunu deyib.

Bundan əvvəl isə İsveçin baş naziri Stefan Lyoven bildirib ki, İsveç NATO-ya üzv olmayacaq. Amma baş nazir ittifaqın bəzi əməliyyatlarında iştirak etməyə hazır olduğunu vurğulayıb.

İddia olunur ki, isveçlilərin NATO-ya münasibəti Rusiyanın sualtı qayığının axtarışları fonunda dəyişib. İsveç mətbuatı 19 oktyabr 2014-cü ildə bildirib ki, İsveçin ərazi sularında Rusiya sualtı qayığı aşkar edilib. Rusiya Müdafiə Nazirliyi isə İsveç KİV-ində gedən xəbərləri təkzib edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm