İŞİD 25 kürd məktəblini azad edib
Bizi izləyin

Dünya

İŞİD 25 kürd məktəblini azad edib

“İslam Dövləti” (İŞİD) terror qruplaşması 25 kürd məktəblini azad edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə insan hüquqlarına riayət üzrə monitorinq qrupunun Suriya mərkəzindən bildirilib.

Xatırladaq ki, İŞİD 29 may tarixində Kobani 145 kürd məktəblisini girov götürmüşdü. Hüquq müdafiəçilərinin verdiyi məlumata görə, 25 məktəblinin azad edilməsi ilə məktəblilərin son qrupu da azad olunub.

Məktəblilərin hansı şəraitdə azad olunduğu və onların səhhəti ilə bağlı məlumat verilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm