Rusiya qırıcılarını səmaya qaldırdı
Bizi izləyin

Dünya

Rusiya qırıcılarını səmaya qaldırdı

NATO gücləri 28-29 oktyabr tarixlərində Baltika, Şimal və Qara dəniz, həmçinin Atlantik okeanı üzərindəki beynəlxalq hava boşluğunda Rusiya hərbi təyyarələrinin dörd qrupunun hərbi manevrlərini qeydə alıb.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun birləşmiş komandanlığının açıqlamasında deyilir.

Rəsmi məlumatda qeyd edilir ki, 29 oktyabrda səhər saatlarında NATO radarları Rusiya hərbi hava qüvvələrinin səkkiz təyyarədən ibarət qrupunun uçuşunu qeydə alıb. Məlumata görə, qrupa dörd “TU-95” strateji bombardmançı və yanacaq dolduran dörd ədəd “İl-78” təyyarəsi daxil olub. Təyyarələr Rusiyanın materik hissəsindən qalxaraq Norveç dənizinin üzərindəki beynəlxalq hava boşluğuna daxil olub. Rusiyanın daha iki təyyarəsinin Atlantik okeanının Portuqaliya sahillərində hərbi manevri qeydə alınıb.

Qeyd edək ki, dünən günün ikinci yarısında da Rusiyanın iki ədəd “TU-95” və iki ədəd “Su-27” qırıcısının Qara dəniz üzərindəki beynəlxalq hava boşluğunda, iki “MİQ-31”, iki “Su-34”, iki Su-24” və bir “Su-27” təyyarəsinin isə Baltik dənizi üzərindəki beynəlxalq hava boşluğunda uçuşu qeydə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm