İranda tibb bacıları etiraz aksiyası keçirib
Bizi izləyin

Dünya

İranda tibb bacıları etiraz aksiyası keçirib

Oktyabrın 29-da İranda tibb işçiləri, xüsusilə tibb bacıları parlamentinin qarşısında etiraz aksiyası keçiriblər.

Publika.az xəbər verir ki, tibb işçiləri 2007-ci ildə İran parlamenti tərəfindən qəbul olunan tibb bacılarının aylıq maaşlarını tənzimləyən qanunun icrasını tələb ediblər. Tibb bacılarının iş saatının çox olması və aylıq maaşlarının aşağı olması onları narahat edən məsələlərdəndir.

Qeyd edək ki, İranda tibb bacılarının ən aşağı məvacibi 380 dollar təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm