İsrail əsgərləri məscidə bombanı belə atdılar - Dəhşətli FOTOLAR
Bizi izləyin

Dünya

İsrail əsgərləri məscidə bombanı belə atdılar - Dəhşətli FOTOLAR

İsrail əsgərləri məscidə bomba atdılar

Qüdsdə "Məscidi Aqsa"da ötən gün cümə namazından sonra fələstinlilər hücuma məruz qalıb.


ANS PRESS-in Türkiyə mətbuatına istinaədn məlumatına görə, ötən gün cümə namazından sonra "Məscidi Aqsa"da İsrail əsgərləri fələstinlilərə hücum ediblər.


Hücum nəticəsində biri jurnailst olmaqla, 3 nəfər yaralanıb, 5 fələstinli isə saxlanılıb.

İsrail əsgərləri "Məscidi Aqsa"nın içinə səs və qaz bombası atıblar. Qısa müddətdə həyət müharibə meydanına çevrilib.


İçəridə yaranan izdiham və qaz bombası nəticəsində bir neçə nəfər huşunu itirib. İsrail əsgərləri 2 saatlıq hücumdan sonra "Məscidi Aqsa"nı tərk ediblər.


Qeyd edək ki, son günlərdə "Məscidi Aqsa"da İsrail əsgərlərinin fələstinlilərə qarşı hücumları intensivləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm