Bin Ladeni öldürən xüsusi təyinatlı danışdı – İlk dəfə
Bizi izləyin

Dünya

Bin Ladeni öldürən xüsusi təyinatlı danışdı – İlk dəfə

ABŞ-ın Foks Nyus telekanalı 2011-ci il mayın 2-də əl-Qaidə terror təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsində iştirak edən SEAL xüsusi təyinatlı dəstəsinin üzvündən müsahibə götürüb.

Axar.az xəbər verir ki, bin Ladeni öldürən insanla ilk müsahibə sənədli film formatında noyabrın 11 və 12-də nümayiş olunacaq.

“Atıcı” ləqəbli xüsusi təyinatlı ilk dəfə ictimaiyyət qarşısına çıxaraq əməliyyat barədə danışacaq.

“Atıcı” 2011-ci ilin mayında xüsusi əməliyyata necə hazırlaşmaları barədə açıqlama verəcək.

Foks Nyus bildirib ki, filmdə indiyə qədər heç yerdə açıqlanmayan faktlar nümayiş olunacaq.

Qeyd edək ki, 2011-ci il mayın 2-də ABŞ Hərbi Dəniz Qüvvələrinin SEAL xüsusi təyinatları tərəfindən Üsamə bin Ladenin Pakistanın Abbottabad şəhərindəki villasında öldürülməsi ilə bağlı məlumat yayılmışdı. Mayın 6-da məlumat əl-Qaidə tərəfindən də təsdiq olunmuşdu.

Daha sonra isə bin Ladenin öldürülməsini ABŞ Prezidenti Barak Obama da təsdiq etmişdi.

“Mənim rəhbərliyim altında İslamabad yaxınlığında əməliyyat keçirildi. Amerika hərbçiləri inanılmaz şücaətlə bin Ladeni zərərsizləşdirdilər”, - Obama çıxışında bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm