Poroşenko da Ali Radada öz fraksiyasını yaradır
Bizi izləyin

Dünya

Poroşenko da Ali Radada öz fraksiyasını yaradır

“Pyotr Poroşenkonun Bloku” (BPP) yeni Ali Radada fraksiya yaratmağı planlaşdırır.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “İnter” telekanalının efirində BPP-dən deputatlığa namizəd, baş nazirin keçmiş müavini Vladimir Qroysman bildirib.

V.Qroysman qeyd edib ki, “Pyotr Poroşenkonun Bloku” Ukrayna Mərkəzi Seçki Komissiyasının indiyə kimi saydığı seçki bülletenlərinə əsaslanaraq, Ali Radada ən azı 130 deputatla təmsil olunacağına ümid edir. O, “Pyotr Poroşenkonun Bloku"nun digər siyasi partiyalardan bir milyon çox səs aldığını deyib.

V.Qroysman həmçinin təmsil olunduğu blokun təklif etdiyi koalisiya razılaşması layihəsinin “Xalq cəbhəsi” Partiyası tərəfindən qəbul olunmadığını xatırladıb: “Biz potensial partnyorlarımızla müzakirə üçün razılaşmanın layihəsini hazırladıq. Amma hər kəs öz fikrini söyləyə bilər".

Xatırladaq ki, “Pyotr Poroşenkonun Bloku” dünən koalisiya haqqında razılaşmanın layihəsini təqdim edib. Sənəddə baş nazir Arseniy Yasenyukun “Xalq Cəbhəsi” Partiyası və Lvov meri Andrey Sadovoyun "Qarşılıqlı yardım" Partiyası ilə koalisiyanın yaradılması təklif olunurdu. Lakin A.Yasenyuk layihəni qəbul etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm