Kadırov Çeçenistanda Rusiyanın ən gözəl aeroportunu tikdirir
Bizi izləyin

Dünya

Kadırov Çeçenistanda Rusiyanın ən gözəl aeroportunu tikdirir

Çeçenistan prezidenti Ramzan Kadırov paytaxt Qroznıda yeni aeroport tikməyə hazırlaşır. Hava limanının tikintisini büdcədənkənar mənbələr maliyyələşdirəcək. İnvestorlar və layihə müəllifləri qarşısında “arxitektura möcüzəsi” yaratmaq tələbi qoyulub.

Publika.az xəbər verir ki, bu barədə Çeçenistan lideri öz Instagram səhifəsində məlumat verib. Onun sözlərinə görə yeni tikiləcək aeroport Rusiyada ən gözəl və ən rahat aerovağzal kompleksi olacaq.

“Əziz dostlar! Mən sizə çox vacib bir xəbəri vermək istəyirəm! Biz yeni aeroport tikmək qərarına gəlmişik! Layihə büdcədənkənar mənbələrdən maliyyələşəcək. Əminliklə demək olar ki, bizim aerovağzal ölkədə ən gözəl və ən rahat kompleks olacaq”, - Kadırov belə deyib.

O həmçinin bildirib ki, Qroznıya gələn hər kəs burada arxitektura möcüzəsi ilə qarşılaşacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm