Dünya
Çeçen nazirin qızı İŞİD əmiri Ömər Şişani ilə evləndi
Çeçenistanın lideri Ramzan Kadırovun nazirlərindən birinin qızı Səda lüks həyatını geridə buraxaraq, terrorçu “İraq Şam İslam Dövləti”nin (İŞİD) yaraqlısı ilə evlənmək üçün Suriyaya gedib. İddiaya görə, İŞİD lideri Əbu Ömər Sədanın evləndiyi yaraqlını öldürərək onu öz həyat yoldaşı edib.
Suriya və İraqda ələ keçirdiyi torpaqlarda xilafət elan edən terror
təşkilatı İŞİD-in Kobaniyə hücum əmri verdiyi iddia edilən
liderlərindən Əbu Ömər əl-Şişani uzun müddətdir dünya mətbuatının
gündəmindədir. Əbu Ömərin çeçen əsilli həyat yoldaşı Səda
Dudurkaeva isə bu günə qədər çox mətbuatda adı keçməyən film kimi
bir hekayəyə sahibdir...
Məlumatda qeyd edilir ki, Çeçenistan lideri Ramazan Kadırovun naziri Asu Dudurkaevin qızı olan Səda dəbdəbəli bir həyat yaşayırdı. Ancaq gözəlliyi ilə ad çıxaran Səda radikallaşmağa başlamışdı. Gənc qadın internet üzərindən Suriyaya cihadçılara qatılmağa gedən gürçu Hamzatla tanış olub. Hamzat İŞİD liderlərindən Əbu Ömər Şişaninin sağ qolu idi. Gürcüstanın eyni şəhərində böyüyən Hamzat və Səda həm də uşaqlıqdan qonşuluqda yaşayıblar. Bir gün Hamzat yaralandığında Səda onun yanına getməyə qərar verib. Türkiyədəki vasitəçilərin köməyi ilə Suriyaya gedən Səda geri dönməməyə qərar verərək Hamzat ilə evlənib. Sədanın İŞİD-ə qatıldığı ortaya çıxanda Ramzan Kadırov onun nazir atasını fanatik qızını idarə edə bilmədiyi üçün kabinetdən qovub. Kadırov Sədanın geri dönməsini Çeçenistan üçün bir qürur məsələsi elan edib.
O sırada Hamzatın anası Leyla Açişvili oğlu ilə Skype üzərindən
əlaqə qurub və onu Suriyada ziyarət etmək üçün razılıq alıb. Çeçen
rəhbərliyindəki səlahiyyətlilər Açişvili ilə ünsiyyətə girərək,
Suriyaya gedəndə Sədanı da geri gətirməsini istəyib.
Açişvilinin “Daily Beast” saytına verdiyi açıqlamaya görə,
Hamzat və Səda olduqca yoxsul idi. Ancaq Açişviliyə görə, Səda bu
vəziyyəti əhəmiyyətsiz hesab edir və Hamzat ilə bir-birlərini çox
sevirmiş kimi görünürdülər. Açişvili Sədaya ailəsinin onu
çağırdığını söyləyincə, gənc qadın Suriyada özünü azad hiss
etdiyini və orada öləcəyini deyib.
Leyla Açişvili Suriyadan Gürcüstana döndükdən 4 gün sonra Hamzatın ölüm xəbəri gəlir. Hamzat öldükdən sonra Səda da ailəsinin yanına geri dönməyə qərar verir. Ancaq terrorçuların komandirlərindən olan Əbu Ömər Şişhani buna icazə vermir və “bir şəhidin arvadının tək bıraxılamayacağını” iddia edərək, Sədanı özünə həyat yoldaşı edir.
Modern.az
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı