Qalmaqallı icra başçısına yeni müavin gətirildi
Bizi izləyin

Dünya

Qalmaqallı icra başçısına yeni müavin gətirildi

“Yəhya Hacıyev Dərbənd rayonunun icra başçısının müavini təyin edilib”.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Çernovik” qəzeti yayıb.

Qəzet Yəhya Hacıyevin bu vəzifəyə keçməsində Dağıstanın Prezident Administrasiyasının rəhbəri Ramazan Əliyevin rolunun böyük olduğunu bildirib. Məlumatda həmçinin Hacıyevdən öncə bu vəzifəni icra edən və Qurban Qurbanova yaxınlığı ilə seçilən Sultan Sultanovun yaş senzi bəhanə gətirilərək Əliyevin əmri ilə vəzifədən kənarlaşdırıldığı deyilib. Hələlik Ramazan Əliyevin bütün təzyiqlərinə baxmayaraq, birinci müavin olan Əli Xazbulatovun istefaya getmədiyi söylənilib.

Qeyd edək ki, Sultan Sultanov Qurban Qurbanovun Dərbənd rəhbərliyində olan iki ən güvəndiyi adamdan biri hesab olunur. O, hazırkı birinci müavin və Dərbənd rəhbərinin vəzifəsini müvəqqəti icra edən Əli Xazbulatovun istefa verəcəyi təqdirdə onun yerinə keçməli idi.

Onu da xatırladaq ki, Yəhya Hacıyev bundan öncə “Tatlyar” aqrofirmasının sədr müavini vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm