Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər, əgər…
Bizi izləyin

Dünya

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər, əgər…

Rusiya noyabrın 2-də Donetsk və Luqansk “xalq respublikaları”ında keçiriləcək “seçkilər”i tanıyacağı halda Avropa Birliyinin daha sərt sanksiyaları ilə üzləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti Avropa Birliyindəki məlumatlı mənbəyə istinadən bildirib.

Avropa Birliyində hesab edirlər ki, “seçkilər”in keçirilməsi Minsk razılaşmaları və Ukrayna qanunvericiliyinə uyğun deyil. Qeyd olunur ki, “seçkilər”in Rusiya tərəfindən tanınması isə mənfi nəticələrə gətirib çıxara bilər: “Rusiya seçkilər tanımaqla böhranın nizama salınmasına imkan yaratmır, əksinə münaqişənin dondurulmasına yol açır. Avropa Birliyinin arsenalında sanksiyaların sərtləşdirilməsi üçün kifayət qədər imkanları var”.

“Kommersant” xatırladır ki, Ukrayna prezidenti Pyotr Poroşenkonu imzaladığı fərmana əsasən Donesk və Luqansk vilayətlərində seçkilər 7 dekabrda keçirilməlidir. Ancaq “xalq respublikaları” noyabrın 2-də öz “parlamenti”ni və “dövlət başçısı”nı seçmək niyyətindədir. Eyni zamanda “seçkilər”in 9 noyabra qədər təxirə salınması barədə də fikirlər səslənir.

Rusiyada iddia edirlər ki, Donetsk və Luqanskda keçiriləcək “seçkilər” qanunidir və Moskva onlar tanımaq niyyətindədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Luqansk və Donetskdə keçiriləcək seçkiləri tanıyacağını bildirib. O, bu seçkilərin Minsk razılığının əsas şərtlərindən olduğunu deyib: ”Luqansk və Donetsk Xalq Respublikaları”nda noyabrın 2-də keçiriləcək seçkilər hökumətin legitimləşməsi nöqteyi-nəzərindən vacib addımdır. Bu, Minsk razılığının əsas istiqamətlərindən hesab edilir”.

Kiyev isə bir qədər rahat görünür. Ukrayna prezidentinin köməkçisi Oleq Medvedev bildirib ki, bəyanatlara baxmayaraq, Rusiya separatçıların keçirdiyi “seçkilər”i tanımağa cəsarət etməyəcək. Ukrayna prezidentinin köməkçisi Donetsk və Luqansk vilayətlərində 11 mayda keçirilən “referendum”ların da dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını xatırladıb. O, vurğulayıb ki, separatçılar tərəfindən 2 noyabrda tarixində yerli “seçkilər”in keçirilməsi Ukraynanın şərqində vəziyyəti daha da çətinləşdirəcək, o cümlədən “respublikalar”ın tanınmasına gətirib çıxarmayacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm