Dünya
İsrail Məscid-i Aksaya girişi qadağan etdi
İsrail polisi müsəlmanların Məscid-i Aksaya girişini qadağan edib.
Publika.az “tgrthaber.com”a istinadən xəbər verir ki, İsrail polisi radikal sağçı yəhudi din xadiminin Qərbi Qüdsdə silahlı hücum zamanı ağır yaralanması səbəbindən Məscid-i Aksanın bütün müsəlmanlar üçün qapalı olduğunu bildirib. Polis bunu bəzi radikal sağçı yəhudi qrupların kütləvi şəkildə Məscid-i Aksaya yürüş qərarı verməsi ilə əlaqələndirib.
Buna görə də, turistlər və yəhudilər də daxil olmaqla, heç kimin Aksaya girişinə icazə verilməyəcək. Yəhudi din xadimi silahlı hücuma məruz qaldığı üçün İsrail polisinin bir fələstinlini öldürdüyü də bildirilib.
Məsələyə dair İsrail Daxili İşlər Nazirliyinin sözçüsü Miki Rosenfeld “tvitter” hesabından bu cür açıqlama verib: “Terrorla mübarizə polisi Əbu Torda (Qərbi Qüds) bir evi mühasirəyə alıb. Şübhəli şəxs güllələnərək öldürülüb”.
Öldürülən fələstinlinin 32 yaşlı Mutaz Hicazi olduğu qeyd olunur.
Qabil
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!