Müxalifət lideri: “Lavrovun yalanı rus xalqına baha başa gələcək”
Bizi izləyin

Dünya

Müxalifət lideri: “Lavrovun yalanı rus xalqına baha başa gələcək”

“Vladimir Putin və Sergey Lavrov Minsk razılaşmalarını pozur. Onların yalanı rus xalqına baha başa gələcək”.

Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya müxalifətinin lideri Boris Nemtsov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiya hakimiyyətinin hərəkətləri ölkə yeni sanksiyalar və rublun faciəsinə doğru aparır: “Rusiyanı yeni sanksiyalar, devalyasiya, kapitalın ölkə xaricinə axını gözləyir. Ukraynanın şərqində isə vəziyyət kəskinləşəcək”.

“Lavrov yalan danışır. Donbas hövzəsində noyabrın 2-də seçkilərin keçirilməsi barədə Minsk protoklunda heç nə nəzərdə tutulmayıb. Zəhmət olmasa, Minsk protokolunun mətnini oxuyun. Protokolun üçüncü və doqquzuncu maddələrində yazılıb ki, seçkilər Ukraynanın qanunvericiliyinə uyğun keçirilməlidir. Bu bir qanun Ali Radada qəbul edilin və seçkilər 7 dekabr tarixinə təyin olunub”, - deyə Nemtsov yazıb.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkonu imzaladığı fərmana əsasən Donesk və Luqansk vilayətlərində seçkilər 7 dekabrda keçirilməlidir. Ancaq “xalq respublikaları” noyabrın 2-də öz “parlamenti”ni və “dövlət başçısı”nı seçmək niyyətindədir. Eyni zamanda, “seçkilər”in 9 noyabra qədər təxirə salınması barədə də fikirlər səslənir.

Rusiyada iddia edirlər ki, Donetsk və Luqanskda keçiriləcək “seçkilər” qanunidir və Moskva onları tanımaq niyyətindədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Luqansk və Donetskdə keçiriləcək seçkiləri tanıyacağını bildirib. O, bu seçkilərin Minsk razılığının əsas şərtlərindən olduğunu deyib: ”Luqansk və Donetsk Xalq Respublikaları”nda noyabrın 2-də keçiriləcək seçkilər hökumətin legitimləşməsi nöqteyi-nəzərindən vacib addımdır. Bu, Minsk razılığının əsas istiqamətlərindən hesab edilir”.

Avropa Birliyi isə xəbərdarlıq edib ki, Rusiya Donbasda noyabrın 2-də keçiriləcək seçkiləri tanıyarsa, bu ölkəyə qarşı qəbul olunan sanksiyalar sərtləşdiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm