“PKK-nın kökünü kəsəcəyik” deyən komandir Kobanidə
Bizi izləyin

Dünya

“PKK-nın kökünü kəsəcəyik” deyən komandir Kobanidə

Dünən Kobaniyə girən ASO (Azad Suriya Ordusu) üzvlərinin komandiri Abdulcabbar Əl-Akidi keçən il PKK ilə əlaqədar çox sərt açıqlamalar vermişdi.

Publika.az “Radikal”a istinadən xəbər verir ki, ASO-nun komandirlərindən olan Abdulcabbar Əl-Akidi dünən verdiyi açıqlamada YPG ilə əməkdaşlıq etdiklərini və 200 ASO yaraqlısı ilə birgə dünən səhər Kobaniyə girdiklərini deyib. Akidi “Hürriyət”ə açıqlamasında özünün də Kobanidə olduğunu bildirib: “Bütün döyüşçüləri Kobaniyə birdəfəlik gətirmək mümkün olmadığı üçün bu gün səhər (dünən səhər) Ayn Əl-Ərəbə (Kobani) bir qrup döyüşçü gətirmişik”.

Xatırladaq ki, Abdulcabbar Əl-Akidi keçən il Hələb Hərbi Şuranın sədri olan zaman “hər dəfə PKK ilə razılığa gəlsək də, onlar həmişə bizi arxadan vurublar. Bundan sonra mərhəmət edilməyəcək. Yazığımız gəlməyəcək. Əlimizə fürsət düşən kimi PKK-nın kökünü kəsəcəyik” deyib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm