Maydan liderləri millətçiləri Rusiyaya “satdılar” – İttiham
Bizi izləyin

Dünya

Maydan liderləri millətçiləri Rusiyaya “satdılar” – İttiham

Maydan hərəkatının əsas simalarından olan Oleq Tyabnikovun millətçi “Azadlıq” Partiyası bu gün Ukrayna Mərkəzi Seçki Komissiyasının qarşısında “Öz səsini qoru!” adlı etiraz aksiyası keçirib.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, aksiyada çıxış edən O.Tyabnikov Maydan hərəkatındakı müttəfiqləri razılaşmanı pozmaqda ittiham edib: “Azadlıq” Partiyasını sındırmağa indi – seçkilər zamanı başlamadılar, buna Maydandan dərhal sonra başladılar”.

Onun sözlərinə görə, millətçilərin təmsil olunmadığı yeni Ali Rada hər şeydən əvvəl Kremlə və Rusiya prezidenti Vladimir Putinə sərf edir: “Axı liberal partiyalarla razılaşmaq Putin üçün daha asandır. Putinə “Azadlıq” Partiyasının deputatlarının olmadığı bir Ali Rada lazımdır”.

Qeyd edək ki, 26 oktyabrda keçirilən seçkilərin nəticəsinə görə, Arseniy Yasenyukun başçılıq etdiyi "Xalq cəbhəsi" Partiyası, “Pyotr Poroşenkonun Bloku”, Lvov meri Andrey Sadovoyun "Qarşılıqlı yardım" Partiyası, "Müxalifət bloku", Oleq Lyaşkonun “Radikal” Partiyası və sabiq baş nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyası Ali Radaya keçmək üçün tələb olunan 5 faizlik baryeri keçə bilib. “Azadlıq" Partiyası isə Ali Radadan kənarda qalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm