Azərbaycanlıya qətl sifarişi verən erməni avtoritet tutuldu
Bizi izləyin

Dünya

Azərbaycanlıya qətl sifarişi verən erməni avtoritet tutuldu

Çexiyada axtarışda olan erməni avtoritet İrəvanda həbs olunub.

Axar.az xəbər verir ki, hüquq-mühafizə orqanları erməni kriminal avtoritet Andranik Soqoyanı bu gün saxlayıblar.

Andranik Soqoyan uzun müddət Çexiyada axtarışda olub. O, 2007-ci ildə azərbaycanlı Məhəmməd Əliyevə erməni sahibkarı öldürməyi sifariş edib.

Əliyev isə qətli ukraynalı Timur Tretyakova tapşırıb. Lakin Tretyakov 2 dəfə səhvə yol verib. Əvvəlcə o, səhvən başqa bir ermənini bıçaqlayıb. Həkimlər yaralının həyatını xilas edə biliblər. 14 gün sonra isə Tretyakov yenə səhvən “Sazka” şirkətinin direktorunun sürücüsünü güllələyib. O, 22 il azadlıqdan məhrum edilib.

Andranik Soqoyana da eyni müddətə həbs kəsilmişdi.

Lakin Çexiya rəsmiləri erməni kriminal avtoriteti yaxalaya bilmirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm