ABŞ pilotsuz təyyarəsi mülki şəxsləri vurdu – 4 ÖLÜ
Bizi izləyin

Dünya

ABŞ pilotsuz təyyarəsi mülki şəxsləri vurdu – 4 ÖLÜ

Pakistanın Cənubi Vəziristan əyalətində ABŞ-ın pilotsuz təyyarəsinin təşkil etdiyi hücumda dörd mülki şəxs həlak olub.

Publika.az xəbər verir ki, ABŞ pilotsuz təyyarəsi Birmal bölgəsindəki bir evi hədəfə götürüb. Evə iki raket atılıb və ev tamamilə uçub. Hücum nəticəsində 4 nəfərin öldüyü, daha 4 nəfərin isə yaralandığı bildirilir.

Xatırladaq ki, ABŞ pilotsuz təyyarəsi 7 oktyabr tarixində Şimali Vəziristanın Şavval vadisindəki evi də bombalamışdı. Hücum nəticəsində 6 nəfər həlak olub.

Pakistanın daxili işlər naziri Nisar Əli Xan 28 oktyabrda ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Daniel Feldman və ABŞ-ın Pakistandakı səfiri Riçard Olson ilə görüşüb. Daxili işlər naziri ABŞ-ın Pakistan ərazisində təşkil etdiyi pilotsuz təyyarə hücumlarının əməkdaşlığa mənfi təsir göstərdiyini deyib və hücumların dayandırılmasını tələb edib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm