Rusiya Belarusla “ət müharibəsi”nə başlayır
Bizi izləyin

Dünya

Rusiya Belarusla “ət müharibəsi”nə başlayır

Rusiya 11 noyabra qədər Belarusdan donuz ətinin idxalını dayandıracaq.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Kənd Təsərrüfatı Nəzarət İdarəsindən (“Rosselxoznadzor”) bildirilib.

Müvafiq razılıq Belarusun kənd təsərrüfatı və ərzaq naziri Leonid Zayatsla “Rosselxoznadzor”un rəhbəri arasında əldə olunub. Qərarın Belorusun dörd ət kombinatının məhsulunda Afrika taununun aşkarlanması ilə bağlı olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm