Peşmergənin ilk qrupu Kobaniyə çatdı
Bizi izləyin

Dünya

Peşmergənin ilk qrupu Kobaniyə çatdı

Şimali İraq Kürd muxtariyyətinin Suriyada İŞİD-ə qarşı döyüşmək üçün göndərdiyi 160 peşmergənin 12 nəfərlik ilk qrupu Kobaniyə daxil olub.

Publika.az xəbər verir ki, Kobaniyə daxil olan qrup texniki heyətdən ibarətdir. Onlar ərazidə ağır silahların və peşmergənin mövqeyini müəyyən edəcəklər.

Kobanidəki kürd idarəçiliyinin təmsilçisi İdris Nassan deyib ki, bu qrupun rəyindən sonra digər silahlıllar da Kobaniyə daxil olacaqlar.

Hazırda isə peşmergənin 150-yə yaxın əsas döyüşçüsü Mürşidpınarda gözləmə mövqeyindədirlər.

Digər tərəfdən isə İŞİD-in peşmergənin Kobaniyə daxil olmasını əngəlləmək üçün Suriya-Türkiyə sərhədinə intensiv olaraq toplardan atəş açdığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm