Obama narahatdı: ABŞ-da Ebolaya yoluxma halı arta bilər
Bizi izləyin

Dünya

Obama narahatdı: ABŞ-da Ebolaya yoluxma halı arta bilər

Qərbi Afrikada Ebola virusunun yayılmasının qarşısı alınmayınca Birləşmiş Ştatlarda bu virusa yoluxma halları müşahidə ediləcək.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evdə Qərbi Afrikadan qayıdan və getməyə hazırlaşan ABŞ tibb işçiləri ilə görüşündə Barak Obama deyib.

Afrikada xidmət edən həkimləri qəhrəman adlandıran Obama Ebola virusunun qarşısının alınacağına inandığını bildirib.

Qeyd edək ki, İndiyədək Qərbi Afrikada bu virisa 14 minə yaxın insan yoluxub. Onlaran 5 mini dünyasını dəyşib.

Bir neçə ştat Qərbi Afrikadan qayıdan tibb işçilərinə məcburi karantin tətbiq etmək əmri verib. Tibb bacısı Kaçi Hikoks Meyndəki evinə dönməzdən əvvəl məcburi şəkildə Nyu-Cersidə karantində saxlanılıb. Kaçi onu karantində saxlayanları məhkəməyə verəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm