Bu gün üçlüyün ilk iclası keçiriləcək
Bizi izləyin

Dünya

Bu gün üçlüyün ilk iclası keçiriləcək

Ukraynanın parlament koalisiyasının formalaşdırılması üçün yaradılan işçi qrupunun ilk iclası oktyabrın 31-də keçiriləcək.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Pyotr Poroşenkonun Bloku"nun saytında bildirilir.

İşçi qrupun birinci iclasında hər siyasi gücdən üç səlahiyyətli nümayəndə iştirak edəcək.

Dünən isə seçkilərdə ilk üç yeri tutan siyasi güclərin - “Pyotr Poroşenkonun Bloku”, "Xalq cəbhə” və “Qarşılıqlı yardım” partiyalarının rəhbərləri görüşüb. Görüşdə president Pyotr Poroşenko, “Xalq cəbhəsi”nin rəhbəri, baş nazir Arseniy Yasenyuk və “Qarşılıqlı yardım”ın lideri, Lvov meri Andrey Sadovoy iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm