• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Çexiyalı nazir: “Ukrayna Avropa Birliyinə qəbul olunmayacaq, çünki….”

  • Dünya
  • 31 Oktyabr 2014 04:14
  • 551 Baxış
Çexiyalı nazir: “Ukrayna Avropa Birliyinə qəbul olunmayacaq, çünki….”

“Avropa ictimaiyyəti öz siyasətçilərinə Ukraynanı Avropa Birliyinə qəbul etməyə icazə verməyəcək. Çünki bu ölkənin dövlət vəsaitləri oliqarxların ciblərinə axır”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Çexiya xarici işlər naziri Lubomir Zaoralek Ujqorodda Ukrayna tələbələri tərəfindən çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər il Ukraynanın dövlət büdcəsindən yüz milyonlarla dollar oğurlanır. Eyni zamanda Çexiya xarici siyasət idarəsinin başçısı əmin olduğunu bildirib ki, Ukrayna böhranı həll edilməyənə kimi Avropada vəziyyət qeyri-sabit qalacaq.

Xatırladaq ki, Ukrayna Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanın siyasi hissəsini 21 mart 2014-cü il, iqtisadi hissəsini isə 27 iyunda imzalayıb. Sentyabrın 16-da prezident Pyotr Poroşenko assosiasiya haqqında razılaşmanın təsdiqi ilə bağlı qanunu imzalayıb. Eyni zamanda saziş Avropa Parlamentində təsdiq edilib. Razılaşmanın iqtisadi hissəsi 2016-cı ildən qüvvəyə minəcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR