Türkiyə Milli Təhlükəsizlik Şurasının 10 saatlıq iclası DETALLAR
Bizi izləyin

Dünya

Türkiyə Milli Təhlükəsizlik Şurasının 10 saatlıq iclası DETALLAR

Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk dəfə Milli Təhlükəsizlik Şurasının iclasını keçirib.

Publika.az xəbər verir ki, 10 saatdan çox davam edən toplantıdan sonra verilən yazılı açıqlamda bildirilir ki, əsasən ölkənin təhlükəsizliyi, xalqın əmin-amanlığı və ictimai asayişin qorunması ilə bağlı məsələlər müzakirə edilib.

O cümlədən, paralel hökumət, Türkiyədə daxili sabitliyin pozulmasına yönəlik hərəkətlərə qarşı mübarizə məsələləri gözdən keçirilib.

Suriyada dörd ildi davm edən vətəndaş müharibəsinin bölgədə sabitliyi pozması və rəsmi Ankaranın bununla bağlı mövqeyi, İraq və Suriyada İŞİD terror təşkilatı ilə mübarizə, Türkiyəin beynəlxalq koalisiyadakı yeri ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin Qəzza zolağında baş verən hadisələr, Şimali Kipr Türk Cümhuriyyətinin maraqları məsələsinə də toxunulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm