İngiltərə BMT Təhlükəsizlik Şurasındakı daimi yerini itirir, bp və BBC tarixə qovuşur
Bizi izləyin

Dünya

İngiltərə BMT Təhlükəsizlik Şurasındakı daimi yerini itirir, bp və BBC tarixə qovuşur

Şotlandiyanın müstəqilliyinə həsr olunmuş referendumda “hə” nəticəsi, Britaniyanın qlobal tamlığını poza, onun maliyyə və siyasi sabitliyini laxlada bilər.

Britaniyanın baş naziri David Cameron Şotlandiyanı Birləşmiş Krallığın tərkibində qalmağa çağıran emosional çıxış edib.Publika.Az “Azadlıq radiosu”na istinadən bildirir ki, Londonun Olimpiya parkında etdiyi çıxışda baş nazir şotlandlara xəbərdarlıq edib:” Şotlandiyanın müstəqilliyinə həsr olunmuş referendumda “hə” nəticəsi, Britaniyanın qlobal tamlığını poza, onun maliyyə və siyasi sabitliyini laxlada bilər.

Biz birlikdə BMT Təhlükəsizlik Şurasında daimi üzvlüyə sahibik, NATO və Avropada əsil bütövlüyə malikik, G8 kimi böyük beynəlxalq təbdirləri qonaqlayırıq – deyib baş nazir, - Biz Birləşmiş Krallıq kimi siyasi, hərbi, diplomatik və mədəni baxımdan daha əhəmiyyətliyik”.

Baş nazir deyib ki, ayrılıq baş versə, mədəni irs, Şerlok Holms, Emeli Sande və şotland viskisi –itiriləcək.“Biz bir yerdə qüdrətli brendik” – deyib Kameron.


Mətbuat itiriləcək başqa brendləri də yada salır. Britaniya sözü sıradan çıxarsa, BBC-nin (British Broadcasting Corporation), BP-nin (hərçənd BP öz loqosunu kiçik hərflərlə bp-yə dəyişməklə “british” sözünü öz adından artıq çıxarıb və ən azı Britaniya mətbuatı “British Petroleum” adını işlətmir) bir brend kimi adlarının heç bir əhəmiyyəti qalmayacaq.
Bu ilin 18 sentyabrında keçiriləcək referendumda şotlandlar 5 milyonluq əhalisi olan əyalətin müstəqil dövlətə çevrilib-çevrilməməsi barədə suala cavab verməlidirlər.

Bu ayrılıq həm də Şotlandiyanın İngiltərə ilə 307 illik ittifaqına son qoyacaq.Britaniyanın baş naziri bunu xüsusilə vurğulayıb ki, Şotlandiya onun üçün həm də şəxsi məsələdir, beləki, onun əcdadları kök etibarilə məhz bu əyalətə bağlıdırlar.



“Mənim soyadım Qərbi Haylanddan gəlir. Deyəsən “qarğaburunlar” deməkdir. Bu tayfanın emblemində “Bir olaq” sözləri yazılıb. Mən həm şotland, həm də ingilis irsimlə fəxr edirəm” – deyib Kameron.

​​

Kameron izah etməyə çalışıb ki, Britaniya hazırda xarici investisiyalar üçün bütün Avropada ən cəlbedici ölkədir.“Bu, bizim stabilliyimizə görə belədir, gəlin bu stabilliyi əngələ salmayaq” – deyib baş nazir.

D. Kameron söyləyib ki, müstəqil Şotlandiya ilə vahid valyutanın işləməsi son dərəcə çətin olardı.

Şotlandiyanın müstəqilliyi üçün çarpışan millətçi SNP partiyası iqtisadi baxımdan məhz buna ümid edir və ən azı ilk dövrdə milli valyuta kimi funt sterlinqdən istifadəni davam etdirməyi düşünür.



Əgər Şotlandiya öz müstəqilliyinə “hə” deyərsə, NATO-nun bu əyalətin sahillərində yerləşən nüvə sualtı qayıqlarının da baza məsələsi ortaya çıxacaq.Analitiklər deyirlər ki, bütün bunlar, Britaniyanı BMT Təhükəsizlik Şurasının daimi üzvlüyündən məhrum edə bilər.

Şotlandiyanın ayrılması Londonun Avropa İttifaqındakı nüfuzuna zərbə vuracaq, sözünün kəsərini azaldacaq.

Kamerona yaxın dairələr bildiriblər ki, o, tarixdə “Şotlandiyanı itirmiş baş nazir” kimi qalmaq istəmir.Bununla belə, Kameron başa düşür ki, şotlandları dilə tutmaq üçün heç də ən münasib fiqur deyil, beləki Şotlandiya həmişə İngiltərədən daha sol-təmayüllü olub.

Mühafizəkarlar 59 mandatlıq Şotladiyada cəmi bir mandata sahibdirlər.



Lakin rəy sorğuları göstərir kİ, referendum günü bu gün keçirilərsə, şotlandların əksəriyyəti müstəqilliyə “yox” deyərdi.Bununla belə, hələ çox sayda tərəddüd keçirən adamlar var və qarşıdan gələn 8 ayda ictimai rəyin hansı şəkildə dəyişəcəyi bəlli deyil.Məhz buna görə də, Kameron çıxışında deyib ki, “əsrlərin tarixi havadan asılı qalıb. Birləşmiş Krallığın taleyi üzərindən sual işarəsi asılıb".

Şotlandiya Millətçi Partiyasının – SNP-nin lideri Aleks Salmond Kameronun belə bir çıxışı İngiltərə yox, Şotlandiyada etməli olduğunu söyləyib.Britaniya baş nazirini bu çıxışa görə kəskin tənqid edən A. Salmond onu açıq debata çağırıb.



Kameron hələlik bu təklifdən imtina edib. Öz növbəsində Salmond Kameronu şotland dilində “ağciyər” adlandırıb.

Britaniyanın bütöv və vahid bir ölkə kimi qalmasını istəyənlər bildirirlər ki, Şotlandiya hazırda yüksək dərəcədə muxtariyyətə malikdir.Təhsil, səhiyyə, mədəniyyət, turizm kimi sahələr birbaşa Edinburqa aiddir. London yalnız müdafiə və xarici siyasəti öz əlində saxlayıb.

​​

Şotlandiya müstəqil futbol federasiyasına malikdir və dünya çempionatlarında öz bayrağı altında çıxış edir. Futbolsevər bir ölkədə bu son dərəcə mühüm müstəqillik atributudur.

Müqayisə üçün deyək ki, Moskva belə bir hüququ keçmiş sovet respublikaları üçün tanımırdı.Digər bir rəy sorğusu isə göstərib ki, Britaniyanın Uels və Şimali İrlandiya kimi iki başqa əyalətində yaşayanların əksəriyyəti şotlandların ayrılmasının əleyhinədir.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm