İŞİD israilliləri öz hesabına Türkiyə kurortlarına göndərir - ŞOK
Bizi izləyin

Dünya

İŞİD israilliləri öz hesabına Türkiyə kurortlarına göndərir - ŞOK

Son vaxtlar Türkiyənin məşhur istirahət zonalarına axın edən israilli ərəblərin və bədəvilərin sayı artıb.

Publika.az “Mako” saytına istinadən xəbər verir ki, sən demə, kasıb müsəlmanların dəbdəbəli otellərdə istirahətini İraq İslam Şam Dövləti maliyyələşdirirmiş.

İŞİD israillilər üçün bilet alır və onları ən yaxşı otellərin ən prestijli nömrələrində yerləşdirir. İstirahətə gələnin bütün xərcləri əvvəlcədən ödənilir.

Sonra istirahətdən zövq alan bədəvilərə İŞİD agentləri “məzuniyyət”dən sonra Suriyaya keçərək terror təşkilatının sıralarına qatılmağı təklif edirlər.

İsrail agentliklərinin verdiyi xəbərə görə, hələlik heç bir israilli İŞİD-in vədlərinə aldanmayıb və hamısı məzuniyyətdən sonra evə qayıdıblar.

Odur ki, İsrail dövləti bu şəxsləri məhkəməyə cəlb etmir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm