Separatçılar “səfərbərlik” elan etdi
Bizi izləyin

Dünya

Separatçılar “səfərbərlik” elan etdi

“Donetsk Xalq Respublikası” separatçı qrupunun rəhbərliyi “nizami ordu”nun yaradılması və əhalinin “ümumi səfərbərliyini” elan edib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, "İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində yazıb.

Hərbi ekspert qeyd edib ki, Rusiya 50 tank da daxil olmaqla, Donetskə onlarla hərbi texnika vahidi göndərib. D.Tımçuk bildirib ki, terrorçu İqor Bezleranın rəhbərlik etdiyi və Qorlovka rayonunda yerləşən “Donetsk Xalq qoşunu" yeni artilleriya sistemləri ilə gücləndirilib.

“Quldur dəstələri “briqadalar" statusunu alıb”, - deyə ekspert yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm