• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Barrozodan Rusiya haqda qorxunc sözlər

  • Dünya
  • 31 Oktyabr 2014 14:25
  • 492 Baxış
Barrozodan Rusiya haqda qorxunc sözlər

Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo Rusiya haqqında fikirlərini bölüşüb.

Axar.az xəbər verir ki, Barrozo Rusiya təhlükəsinə toxunaraq Avropa Birliyinin (AB) bu istiqamətdə böyük rola malik olduğunu deyib:

“AB olmasaydı, Rusiya çoxdan Bolqarıstan və Baltikyanı ölkələri işğal etmişdi. Rusiya Ukrayna ilə kifayətlənməyəcəkdi. Avropaya hücum tam real olacaqdı. Bir anlıq fikirləşin ki, AB yoxdur. O zaman indi təkcə Ukrayna böhranını deyil, bütün Avropa böhranını müzakirə edərdik. Böyük ehtimalla Bolqarıstan və Baltikyanı ölkələr artıq Rusiyanın tərkibində idi. Tam səmimi deyirəm ki, bu bir reallıqdır”.

Yaxın vaxtlarda vəzifəsini təhvil verməyə hazırlaşan Barrozo başçı olduğu dövrdə AB-nin genişləndiyini də dilə gətirib:

“Son illərdə ətrafımız xeyli genişləndi. Amma buna baxmayaraq, qərar verərkən yeni üzvlər yox, daha çox köhnə birlik üzvləri buna qarşı çıxırdı”.

Vəzifə müddəti boyunca Barrozonun ən böyük müvəffəqiyyətlərindən biri AB-nin genişlənməsi olub. 2004-cü ildə 10 ölkə - Polşa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya, Litva, Latviya, Estoniya, Kipr və Malta, 2007-ci ildə Bolqarıstan və Rumıniya, 2013-cü ildə isə Xorvatiya AB-yə üzv olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR