Miqrantlar da Rusiyadan üz döndərməyə başlayıb – Rəqəmlər
Bizi izləyin

Dünya

Miqrantlar da Rusiyadan üz döndərməyə başlayıb – Rəqəmlər

Rusiyaya miqrantların axını keçən illə müqayisədə azalıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, cari ilin doqquz ay ərzində Rusiyanın ərazisinə 14 milyon 27 min xarici vətəndaş daxil olub.

Keçən ilin analoji dövründə isə bu rəqəm 15 milyon keçmişdi. Bununla yanaşı, ölkədən deportasiya edilənlərin sayı iki dəfədən də çox artıb: 2014-cü ilin 9 ayı ərzində 98 min olduğu halda, ötən ilin müvafiq dövründə bu rəqəm 39,5 min olub.

Rusiyanın ərazisində hazırda 11 milyon 760 min xarici vətəndaş var. Onlardan 861 mindən çoxu isə bir ildən artıqdır ki, Rusiya ərazisində yaşamaq üçün icazəsi olmayan şəxslərdir. Hüquq-mühafizə orqanları miqrantlar üzərində nəzarəti gücləndirdiyi üçün sənədlərində problem olanlar könüllü şəkildə paytaxtı tərk edirlər. Moskvadan son iki həftə ərzində təxminən 15 min miqrant evinə qayıdıb.

Yaxın xaricdən paytaxta gəən işçilərin əsas hissəs ən böyük bazarlar, tərəvəz bazaları və anbarların yerləşdiyi cənub və cənub-şərqində məskən salır. Ekspertlər polis tərəflərindən müntəzəm yoxlamalarin nəticəsində paytaxtda qeyri-leqal miqrantların sayının kəskin azalacağını proqnozlaşdırırlar.

Xatırladaq ki, “Miqrant-2014" xüsusi əməliyyatı 23 oktyabrda başlayıb və 2 noyabra qədər davam edəcək. Bu vaxt ərzində təxminən 30 mindən çox miqrantın deportasiya ediləcəyi gözlənilir. Polis vətəndaşlardan miqrasiya qanunvericiliyinin pozulması faktları ilə bağlı "102" qaynar xəttə müraciət etməsini istəyib.

Bu günlərdə “Vahid Rusiya” Partiyasından olan millət vəkili Raziet Natxo Dövlət Dumasına miqrantlarla bağlı yeni tənzimləmələrin yer aldığı qanun layihəsini təqdim edib. Qanun layihəsi qəbul olunacağı halda qeyri-qanuni işəgötürülmələrə görə tətbiq olunan cərimələr üç dəfə artacaq. Rusiyalı deputatın sözlərinə görə, cərimələrin hazırkı miqdarı sahibkarları qanunsuz xarici işçilərdən imtina etməyə məcbur etmək gücündə deyil. “Sahibkarlar üçün miqrantları qeyri-qanuni şəkildə işə cəlb etmək və cəriməni ödəmək rusiyalılara iş verməkdən daha əlverişlidir”, - deyə R.Natxo vurğulayıb.

Xatırladaq ki, Rusiyada 2014-cü ilin yanvar ayından miqrantlarla bağlı yeni qanun qüvvədədir. Qanun miqrantların Rusiyada 90 gündən çox qala bilməməsini nəzərdə tutur. Bu müddət ərzində Rusiyada yaşayan miqrant daha sonra ölkə xaricinə çıxmalı və yalnız 90 gündən sonra yenidən Rusiyaya qayıda bilər. Ekspertlərin fikrincə, sözügedən qanun 2014-cü ildə Rusiyaya gələn miqrantların sayında qeydə alınan azalmanın əsas səbəblərdən biridir. Qərbin cari ilin əvvəlindən Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların da miqrantların sayının azalmasına əhəmiyyətli təsir göstərdiyi bildirilir.

2015-ci ildən etibarən isə Rusiyada çalışmaq istəyən bütün əcnəbilərin rus dilini bilib-bilmədiyi məcburi şəkildə yoxlanacaq. Həmin tarixdən etibarən Rusiyada çalışmaq istəyən bütün xarici ölkə vətəndaşlar - yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla rus dili, Rusiya tarixi və Rusiya qanunvericiliyinin əsasları ilə bağlı məcburi testə cəlb olunacaqlar.

Ekspertlər proqnozlaşdırır ki, miqrantlarla bağlı ildən-ilə sərtləşdirilən qanunlar Rusiyanın əmək bazarına mənfi təsir göstərəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm