Ali Radanın yeni sədri bu iki şəxsdən biri olacaq
Bizi izləyin

Dünya

Ali Radanın yeni sədri bu iki şəxsdən biri olacaq

“Pyotr Poroşenkonun Bloku”nda (BPP) Ali Radanın spikeri vəzifəsinə iki nəfərin namizədliyinə baxılır.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunlar deputatlığa namizəd, baş nazirin keçmiş müavini Vladimir Qroysman bə prezident Pyotr Poroşenkonun məsləhətçisi Yuri Lusenkodur.

P.Poroşenkonun baş nazir postuna namizədi isə hazırda bu postda olan Arseniy Yasenyukdur. Prezident bu gün “Pyotr Poroşenkonun Bloku” fraksiyasını baş nazir Arseniy Yasenyukun bu postda qalması üçün dəstəkləməyə çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm