Dünya
General özünü Burkina-Fasonun dövlət başçısı elan etdi
General Onore Traore hakimiyyətdən uzaqlaşdırılan Burkina- Fasonun prezidenti Blez Kompaorenin yerinə özünü dövlət başçısı elan edib.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Röyters” informasiya agentliyi bildiirb.
Qeyd edək ki, bu gün Burkina-Fasoda hərbi çevriliş həyata keçirilib. Silahlı Qüvvələrin Baş Qərargahından prezident Blez Kompaorenin daha dövlət başçısının funksiyalarını icra etmədiyi açıqlaması verilib.
Burkina-Fasonun paytaxtı Uaqaduquda kütləvi nümayişlər oktyabrın 28-də başlayıb. On minlərlə insan Kompaorenin prezident müddətinin uzadılmasına qarşı etiraz edir. Toqquşmalarda 30-a qədər insanın öldüyü xəbər verilir.
Blez Kompaore dünən hökumətin buraxıldığını elan etmişdi. Dövlət başçısı həmçinin ölkədə kütləvi nümayişlər keçirildiyi üçün fövqəladə vəziyyət tətbiq etmişdi. B.Kompaore vətəndaşları nümayişləri dayandırmağa və dialoqa başlamağa çağırıb: “Mən dəyişikliklərə şərait yaratmaq üçün hökuməti buraxıram. Mən etirazlara son qoymaq üçün siyasi müxalifətin liderlərini dialoqa çağırıram. Böhrana son qoymaq üçün nümayişlərin bütün iştirakçıları ilə danışıqlara başlayacağıma söz verirəm”.
Nümayişçilər dünən həmçinin parlament binasını nəzarət alıb və bütün sənədləri məhv edərək kompüterləri oğurlayıblar. Həmçinin televiziya binasını ələ keçirən etirazçılar yayımı dayandırıblar.
Xatırladaq ki, Kompaore 1987-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib.
Ömər Dağlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?