İŞİD döyüşçülərinin sayı açıqlandı
Bizi izləyin

Dünya

İŞİD döyüşçülərinin sayı açıqlandı

İŞİD terror qruplaşmasının tərkibində 80-dən çox ölkənin vətəndaşı olan təxminən 15 min nəfər vuruşur.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının hesabatında deyilir.

Hesabata görə, İŞİD bölgədəki bütün tədbirlərə baxmayaraq, sıralarına yeni döyüşçüləri qatmaqda davam edir. Qeyd olunur ki, 2010-cu ildən etibarən bölgəyə döyüşməyə gələn xarici ölkə vətəndaşlarının sayında böyük artım qeydə alınıb. İŞİD-in tərkibində Maldivdən Norveçə, hətta Çiliyə qədər bir çox ölkədən döyüşçü vuruşur.

Hesabatda bildirilir ki, çoxsaylı xarici döyüşçülər geri qayıdan zaman ölkələri üçün böyük risk yaradacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm