Ərdoğan Fransada erməniləri ifşa etdi
Bizi izləyin

Dünya

Ərdoğan Fransada erməniləri ifşa etdi

"Biz ümid edirik ki, Fransa 1915-ci il hadisələri ilə bağlı məsələdə ədalətin tərəfində olacaq".

Publika.az xəbər verir ki, bunu Parisdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün fransalı həmkarı Fransua Ollandla birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin bərpa edilməsi üçün həmişə addım atıb:

"Təəssüf ki, Ermənistan buna qarşılıqlı cavab verməyib. Biz arxivlərimizi açdıq, indiyə qədər 1 milyondan çox sənəd təsnif etmişik. Ermənistanın əlində belə bir arxiv varsa, açsın, üçüncü ölkələrdə varsa, onlar da açsınlar. Bu sənədlər üzərində tarixçilər, arxeoloqlar, hüquqşünaslar, siyasi araşdırmaçılar çalışsınlar. Biz də onların çıxardığı nəticələrə görə addım ataq”, - Ərdoğan əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm