Marqvelaşvili və Qaribaşvili arasında yeni qalmaqal: kim-kimi dinləyir?
Bizi izləyin

Dünya

Marqvelaşvili və Qaribaşvili arasında yeni qalmaqal: kim-kimi dinləyir?

"Gürcüstan prezidenti ilə mənim aramda heç bir problem yoxdur”.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu sözləri ölkənin baş naziri İrakli Qaribaşvili "İmedi" telekanalının efirində deyib.

Baş nazirin sözlərinə görə, sadəcə olaraq, prezidentlə işə yanaşmaları müxtəlifdir: “Bizim aramızda heç bir problem yoxdur. Biz ölkənin təhlükəsizliyi və bütövlüyü haqqında düşünməliyik. Söhbət şəxsi fikir ayrılıqlarından deyil, sadəcə olaraq, işə müxtəlif yanaşmadan gedir".

Hökumət başçısı Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili tərəfindən Daxili İşlər Nazirliyinin operativ-texniki departamentinin telefon söhbətlərinə gizli qulaq asması hüququnun 1 mart tarixinə qədər uzadılmasına veto qoymasını da şərh edib. Baş nazir qeyd edib ki, prezidentin yerində olsaydı, veto hüququndan istifadə etməzdi və parlamentin deputatları, həmçinin hökumət üzvləri ilə məsləhətləşərdi. İ.Qaribaşvili ölkənin təhlükəsizliyindən söhbət getdiyini deyib .

Xatırladaq ki, Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili Daxili İşlər Nazirliyinin operativ-texniki departamentinin telefon söhbətlərinə gizli qulaq asması hüququnun 1 mart tarixinə qədər uzadılmasına veto qoyub. Dövlət başçısı parlamentə bu hüququ 1 dekabra qədər uzatmağı təklif edib. Gürcüstan parlamenti də prezidentin qeydlərini nəzərə alıb.

Ekspertlər isə hesab edir ki, prezident onun dinlənilməsindən şübhələnərək belə bir addım atıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm