“Bako Haram” 219 məktəbli qızı zorla ərə verdi
Bizi izləyin

Dünya

“Bako Haram” 219 məktəbli qızı zorla ərə verdi

“Bako Haram” terror təşkilatının lideri Əbubəkr Şekeu sosial şəbəkələrdə videomüraciət yerləşdirib.

Publika.az “Al Jazeera” kanalına istinadən xəbər verir ki, o, videomüraciətində terror təşklatının aprel ayında oğurladığı 219 məktəbli qızın ərə verildiyini bildirib:

“Siz bilmirsiniz, o qızların hamısı islamı qəbul edib. Biz onları ərə verdik. İndi öz evlərində həyat yoldaşları ilə yaşayırlar”.

Əbubəkr Şekeu 17 oktyabrda “Bako Haram”la Nigeriya hökuməti arasında sülh danışıqlarının müsbət yekunlaşmasını yalan adlandırıb. Onun sözlərinə görə qruplaşma ilə hökumət arasında heç bir danışıqdan söhbət gedə bilməz.

Qeyd edək ki, 2014-cü ilin aprel ayından etibarən qruplaşma tərəfindən oğurlanmış 276 məktəbli qızın geri qaytarılması üçün Nigeriya hökuməti antiterror əməliyyatları keçirib. İslamçılar qızları zorla ərə vermək və yaxud qul kimi satmaqla hədələmişdilər.

İndiyədək yalnız 57 qız əsirlikdən qurtarılaraq ailələrinə verilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm