Batalyon komandiri: “Separatçılar Rusiyanın maliyyəsi üçün vuruşurlar”
Bizi izləyin

Dünya

Batalyon komandiri: “Separatçılar Rusiyanın maliyyəsi üçün vuruşurlar”

“Donetsk və Luqansk “xalq respublikalar”nın döyüşçüləri maliyyə resursları üçün vuruşurlar. Bu maliyyəni isə onlara ya Rusiya verə bilər, ya da Ukraynada oğurlaya bilərlər”.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu szöləri “Şuster live” telekanalının efirində Dnepr-1 batalyonunun komandiri Yuri Beryoza deyib.

“Donetsk ətrafında yazda buğda, günəbaxan və digər bitkilər əkilmişdi, bunlar əhalinin çörəyi idi. Separatçılar bütün əkin sahələrini praktik olaraq yandırdılar, kömür şaxtalarını məhv etdilər. İnsanları ərzaqla təmin edən bütün biznesi dağıtdılar. Onlar bu gün isə maliyyə resursları üçün praktik olaraq vuruşurlar. Bu maliyyəni isə onlara Rusiya verə bilər. Digər bir yol isə maliyyənin Ukraynadan oğurlanmasıdır”, - deyə batalyon komandiyi vurğulayıb.

Xatırladaq ki, analoji bir iddia ilə bir müddət əvvəl Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk çıxış edib. “Donetsk Xalq Respublikası” separatçı qurumun döyüşçülərinin Rusiyadan narazılıq etdiyini deyən hərbi ekspert narazılığın “Luqansk Xalq Respublikası”nın Rusiyadan daha çox resurs alması ilə bağlı olduğunu bildirib.

“DXR terror qruplarının komandirləri iddia edilər ki, onlar Luqansk vilayətini qərbdən Ukrayna qoşunlarının hərəkətləri üçün bağlayıb, ancaq Rusiyadan ötürülən resursların əsas hissəsi “Luqansk Xalq Respublikası”na gedir”, - deyə hərbi ekspert “facebook” səhifəsində qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm