“DXR” “prezident”in inaqurasiya mərasiminin tarixini elan etdi
Bizi izləyin

Dünya

“DXR” “prezident”in inaqurasiya mərasiminin tarixini elan etdi

"Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun yeni başçısının inaqurasiyası noyabrın 4-də keçiriləcək.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “DXR hökuməti”nin bəyanatında deyilir.

Qeyd edək ki, separatçılar noyabrın 2-də öz “parlamenti”ni və “dövlət başçısı”nı seçmək istəyirlər. “DXR-in prezidenti” postuna “baş nazir” Aleksandr Zaxarçenko, “DXR” Ali Sovetinin deputatı Yuri Sivokonenko və “Novorossiya parlamenti”nin sədr müavini Aleksandr Kofman iddialıdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Luqansk və Donetskdə keçiriləcək seçkiləri tanıyacağını bildirib. O, bu seçkilərin Minsk razılığının əsas şərtlərindən olduğunu deyib: ”Luqansk və Donetsk Xalq Respublikaları”nda noyabrın 2-də keçiriləcək seçkilər hökumətin legitimləşməsi nöqteyi-nəzərindən vacib addımdır. Bu, Minsk razılığının əsas istiqamətlərindən hesab edilir”.

Ukrayna prezidentinin köməkçisi Oleq Medvedev isə qeyd edib ki, Rusiya Federasiyası da daxil olmaqda dünyada heç bir ölkə Donbas hövzəsində yaradılan separatçı qurumların legitimliyini tanımır: “Bəyanatlara baxmayaraq, Rusiya bu seçkiləri tanımağa cəsarət etməyəcək. Separatçılar tərəfindən 2 noyabr tarixində yerli “seçkilər”in keçirilməsi Ukraynanın şərqində vəziyyəti daha da çətinləşdirəcək, o cümlədən “respublikalar”ın tanınmasına gətirib çıxarmayacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm