Dağıstanda polislərin qənimi öldürüldü
Bizi izləyin

Dünya

Dağıstanda polislərin qənimi öldürüldü

Dağıstan Muxtar Respublikasının paytaxtı Mahaçqala şəhərində polislərə hücum edən cinayətkar qruplaşmanın üzvü öldürülüb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan Milli Terrorçuluğa qarşı Komitədən bildirilib.

“Bu gün Mahaçqala şəhərində polis cinayətkar qruplaşmanın aktiv üzvünü saxlamağa cəhd edib. Cinayətkar isə tapançadan atəş açaraq gizlənməyə çalışıb. O, cavab atəşi ilə neytrallaşdırılıb”, - deyə komitənin məlumatında bildirilir.

Komitənin məlumatına görə, öldürülən şəxs Mahaçqala sakini, 1993-cü il təvəllüdlü Abdulkadi Qusenovdur. Onun 2013-cü ilin sentyabrından qruplaşmaya qoşulduğu və bir neçə dəfə hüquq mühafizə orqanlarının əməkdaşlarına silahlı hücumlar təşkil etdiyi bildirilir. Bu hücumlardan biri cari ilin mayında Soqratl kəndi yaxınlığında həyata keçirilib. Həmin hücumda hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olmuş, 10-u isə yaralanmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm