Rusiya Fransa qarşısında günahını ordenlə yudu
Bizi izləyin

Dünya

Rusiya Fransa qarşısında günahını ordenlə yudu

Rusiya prezidenti Vladimir Putin “Vnukovo” hava limanında təyyarə qəzasında həlak olan “Total” neft şirkətinin prezidenti Kristof de Маrjerini ölümündən sonra mükafatlandırıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

“Total”ın mərhum prezidenti Rusiya-Fransız əlaqələrinin inkişafına verdiyi böyük töhfəyə görə ordenə layiq görülüb.

Xatırladaq ki, dünyanın ən böyük neft şirkətlərindən olan “Total”ın prezidentinin təyyarəsi 21 oktyabr gecəsində qəzaya uğrayıb. Təyyarə havaya qalxarkən qəflətən uçuş zolağına daxil olan qar təmizləyən maşınla toqquşub. Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına görə, qartəmizləyən maşını sərxoş sürücü idarə edirdi. “Total” prezidentindən başqa ekipajın üç üzvü də həlak olmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm