• USD 1,7012 0,00% EUR 1,9783 0,00%
    • GBP 2,2065 0,00% RUB 0,0289 0,00%

İŞİD İrana hücuma hazırlaşır

  • Dünya
  • 1 Noyabr 2014 19:10
  • 835 Baxış
İŞİD İrana hücuma hazırlaşır

"İran qlobal təhlükə ilə üz-üzə qalıb".

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Fəxrəddin Abbaszadə deyib.

Ekspertin fikrincə, ABŞ-ın Böyük Yaxın Şərq regionunun yenidən qurulması istiqamətində atdığı addımlar İrandan da yan keçməyəcək:

"İraq münaqişənin birinci mərhələsidir, hansı ki, Bağdadda yekunlaşmalıdır. Türkiyənin tələyə düşmə ehtimalı da var. Belə ki, İŞİD-in Suriyanın şimalında hücumları yarım milyondan çox insanın Türkiyəyə sığınmasına gətirib çıxarıb ki, nəticədə burada separatizmin baş qaldırdığı görünür. Türkiyə isə bunun öhdəsindən gələcək gücdədir".

Abbaszadə İranın real təhlükə ilə qarşı-qarşıya qaldığını bildirib:

"ABŞ və Böyük Britaniya rəsmən Əfqanıstanda müharibənin tamamlandığını bildirdi. Bundan sonra Qərbin planı İŞİD-i İran sərhədinə yeritmək olacaq. Ötən günlərdə Pakistan-İran sərhədini qanunsuz keçmək istəyənlərlə atışmalar oldu. Nəticədə 4 nəfər həlak oldu. Bundan əlavə, bu bölgədə təyyarə qəzasının baş verməsi İŞİD təhlükəsinin yetişdiyindən xəbər verir".

Tehranın bu təhlükə qarşısında kifayət qədər yara alacağını qeyd edən rusiyalı ekspert ölkənin çoxmillətli olmasının İranda parçalanmanı qaçılmaz edə biləcəyini vurğulayıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR