Koalisiya qüvvələri İŞİD-i bombaladı
Bizi izləyin

Dünya

Koalisiya qüvvələri İŞİD-i bombaladı

ABŞ və koalisiya qüvvələri İraq və Suriyada İŞİD-in mövqelərinə yeni hava hücumları təşkil ediblər.

Publika.a xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Suriyada İŞİD mövqelərinə qarşı Amerika təyyarələri tərəfinədn 5 hücum təşkil olunub. ABŞ təyyarələri də daxil, koalisiya qüvvələri də İŞİD-in İraqdakı mövqelərini 5 dəfə bombalayıblar. İraqdakı hava hücumlarında pilotsuz təyyarələrdən də istifadə olunub.

Açqılamada bildirilir ki, Suriyada Kobani yaxınlığında İŞİD-in 9 döyüş mövqeyi və məskunlaşdıqları bir bina dağıdılıb.

İraqın Mosul su anbrı və əl-Kaim yaxınlığındakı hava hücumlarında isə terrorçuların 5 avtomobili və bir binası vurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm