Dünya
Məmurun evindən 33 milyon dollar çıxdı
Çində antikorrupsiya idarəsi məmurlardan birinin evindən 33 milyon dollar məbləğində pul aşkarlayıb.
Bublika.az BBC-yə istinadən xəbər verir ki, faktla bağlı Çin enerji sektorunun yüksək vəzifəli məmuru Vey Penquana qarşı korrupsiya şübhəsi ilə cinayət işi açılıb. Vey Penquan Çində enerjinin tənzimlənməsi üzrə milli komissiyada kömür sənayesi bölməsinin rəis müavini vəzifəsini tutur.
2014-cü ilin ilk doqquz ayı ərzində bu ölkədə 13 mindən çox vəzifəli şəxs korrupsiyada ittiham olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Çin Xalq Respublikasının sədri Si Szinpin bəyan edib ki, bu məsələdə heç kimə, hətta kommunist partiyasının yüksək vəzifəli nümayəndələrinə güzəşt olunmayacaq.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!