Rusiyada yenidən repressiya ola bilər
Bizi izləyin

Dünya

Rusiyada yenidən repressiya ola bilər

Rusiyalı sosioloqlar əhalinin üçdə ikisinin SSRİ-də kütləvi repressiyaların əsassız aparılması qənaətində olduğunu bildirir.

Publika.az BBC-yə istinadən xəbər verir ki, "İctimai rəy" fondunun keçirdiyi sorğuya görə, eyni zamanda respondentlərin 56 faizi hesab edir ki, SSRİ dövründə istəniilən insan repressiya qurbanına çevrilə bilərdi.

Respondentlərin 16 faizi isə repressiyalara haqq qazandırıb. Suallara cavab verənlərin 40 faizi repressiyalara görə Staliini, 42 faizi- onun çevrəsini, 23 faiz - NKVD kimi tanınan təhlükəsizlik orqanını ittiham edir.

Respondentlərin 9 faizi günahı cəmiyyətdə görüb, 15 faizi repressiyaların səbəbini o zamanlara xas olan mürəkkəb dövranla əlaqələndirib.

Maraqlıdır kı, respondentlərin 48 faizi repressiyaların təkrar oluna biləcəyini istisna etməyib, 14 faiz isə bunun böyük ehtimalla baş verə biləcəyini bildirib.

Terror haqqında faktlar

Nikita Xruşovun dövründə yaradılmış komissiyanın məlumatına əsasən, 1921-1953-cü illərdə SSRİ-də 25-26 milyon insan repressiyaya məruz qalıb.

17 mlyon insanın cəzasını QULAQ düşərgələrində çəkdiyi, onlardan onda birinin oradaca öldüyü qeyd olunur. Repressiya olunanlardan 7 milyonun mülki müsadirə edilib, özlərisə sürgün olunub.

1989-cu ildə SSRİ KGB-si 1921-1953-cü illərdə siyasi repressiyaya məruz qalanların sayını 799 455 nəfər kimi göstərərək onlardan 681 692 nəfərin 1937-1938-ci illərdə repressiya olunduğunu qeyd edib.

Bundan əlavə, II Dünya Müharibəzi illərində 153 000 insan hərbi tribunalların qərarı əsasında güllələnib. Daha 115 000 adam istintaq dövründə, böyük ehtimalla, işgəncələrə dözməyərək ölüb.

1940-ci ilin məlumatına əsasən, QULAQ düşərgələrində “xalq düşmənləri” və kriminalların sayı məhbusların ümumi sayının yarısından az olub.

Məhbusların 57%-i xırda oğurluq, əmək intizamının pozulması, "brak" məhsul buraxılması və bu kimi digər pozuntulara görə cəzalandırılıblar.

“Memorial” təşkilatının məlumatına görə, hazırda Rusiyada repressiya qurbanları və onların övladlarının sayı 800 000 təşkil edir.

1974-cü il oktyabrın 30-da həbs altında saxlanılan dissident Kronid Lyubarskinin təşəbbüsü ilə Mordoviya və Perm islah düşərgələrində məhbusların aclıq aksiyası keçirilib.

O vaxtdan bəri həmin tarix əvvəlcə sovet dissidentləri arasında, sonra isə Rusiyada da repressiya qurbanlarının xatirəsi günü kimi qeyd olunur.

1991-ci il oktyabrın 18-də Rusiya parlamenti “Siyasi repressiya qurbanlarını anım günü barədə” qanun qəbul edərək ənənəni rəsmiləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm